Aİ İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2025
14:00
0
0
1 206

Aİ İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

05 may, 2025
14:00
1 206

Aİ İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə İran xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı baş tutub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Kaya Kallas “X” platformasındakı paylaşımında bildirib.

Telefon danışığı zamanı Kallas Aİ-nin nüvə məsələsi ilə bağlı və regionda gərginliyin azaldılmasına dəstəyini vurğulayıb.

Kallas telefon danışığı zamanı Aİ-nin nüvə problemi və regional gərginliyin azaldılması üzrə diplomatiyaya dəstəyini vurğulayıb.

"Mən İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım, həbsdə olan Aİ vətəndaşları və insan haqları ilə bağlı narahatlıqları dilə gətirdim", - Kallas bildirib.

Bizimlə əlaqə saxlayın