02
may
2025
23:50
yuxarı
Ştutqartda avtomobil insan izdihamına çırpılıb, xəsarət alanlar var
Ştutqartda avtomobil insan izdihamına çırpılıb, xəsarət alanlar var
Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “X”-də şəhər polisindən məlumat verilib.
Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.