sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gürcüstan İnterpol xətti ilə axtarışa verilmiş İŞİD üzvünü saxlayıb
Gürcüstan Dövlət Təhlükəsizli Xidməti İnterpol xətti ilə axtarışa verilmiş İŞİD üzvünü saxlayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb.
Bildirilib ki, qurumun əməkdaşlarının hərtərəfli təhqiqatları nəticəsində Rustavi şəhərində xarici ölkə tərəfindən İnterpola axtarışa verilmiş əcnəbi saxlanılıb. İstintaq çərçivəsində saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və İŞİD terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Onun döyüş təcrübəsi olduğu və partlayıcı qurğular hazırlamaq sahəsində ixtisaslaşdığı qeyd edilib. Saxlanılan şəxsin İŞİD üçün çox vacib terror fəaliyyətlərinə görə məsuliyyət daşıdığı qeyd edilib.
Oxşar xəbərlər
Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb - VİDEO
İnterpol xətti ilə axtarışa verilmiş İran vətəndaşı Omandan Azərbaycana ekstradisiya olunacaq
Gürcüstan DTX antiterror əməliyyatı keçirib, iki nəfər saxlanılıb
İsveçin İnterpol xətti ilə axtarışa verdiyi narkobaron İstanbulda saxlanılıb
Türkiyədə Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













