Aİ Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Aİ Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətindədir


Avropa İttifaqı ABŞ-ın sülh danışıqlarında iştirakını dayandırmağa qərar verəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları saxlamaq üçün alternativ plan hazırlayır.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Financial Times”a deyib.

“Tramp administrasiyası Ukrayna ilə bağlı sülh danışıqlarını dayandırmaq və Moskvaya yaxınlaşmaq qərarına gələrsə, biz Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri saxlamaq üçün ehtiyat plan hazırlayırıq”, - o bildirib,

Kallas vurğulayıb ki, ABŞ hazırda sazişdən çıxmağı düşünür və Avropa mövcud vəziyyətə uyğun qərarlar qəbul etməlidir.

Kaja Kallas həmçinin bəyan edib ki, Aİ heç vaxt Krımı Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir
Kaja Kallas: Aİ Suriyaya qarşı sanksiyaları yumşalda bilər
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada biz də hesablanmalıyıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle