Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılmasından danışıb
sizinxeber.az xəbər saytı

Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılmasından danışıb


İmamoğlu da daxil olmaqla, 106 şübhəli barəsində saxlanılma qərarı verilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər saxlanılıb: "Onlar terror təşkilatına müştərək şəkildə yardım etməkdə təqsirləndirilir. Tərəfsiz və müstəqil şəkildə aparılan istintaqı fərqli istiqamətlərə yönəltmək, “dövlət çevrilişi” kimi ifadələrlə təsvir etmək son dərəcə təhlükəli və yanlışdır”.

Türkiyənin ədliyyə naziri qeyd edib ki, istintaq orqanlarının başlatdığı araşdırmaları və məhkəmə proseslərini Türkiyə Prezidentinin adı ilə əlaqələndirmək qəbuledilməzdir.

Yılmaz Tunç deyib ki, ədalətin hərtərəfli təminatı üçün araşdırma prosesini sükutla izləmək, veriləcək qərara hörmətlə yanaşmaq lazımdır.

Nazir küçələrə çıxmaqla bağlı çağırışı qəbuledilməz adlandırıb.

Oxşar xəbərlər

Əkrəm İmamoğlu saxlanılıb
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Əkrəm İmamoğlu barəsində istintaq başladılıb
İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunu ləğv edib
İmamoğlu saxlanılan kimi dollar kəskin bahalaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər