Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb.

Sizinxeber.az-nın “news.am”a istinadən məlumatına görə, o bildirib ki, Yeni il öncəsi baş tutan söhbət zamanı tərəflər bir-birini təbrik edib, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Hər iki ölkə arasında diplomatik normallaşma perspektivlərindən danışan Mirzoyan bu prosesin Azərbaycanla da ikitərəfli münasibətlərin tənzimlənməsinə təsir göstərəcəyinə əminliyini ifadə edib: “Hesab edirəm ki, həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində dialoq davam etdirilməlidir”.

Qeyd edək ki, tərəflərin telefon söhbəti dekabrın 31-də baş tutub.

Oxşar xəbərlər

Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Ararat Mirzoyan Cənubi Kiprə gedib
Mirzoyan Finlandiya XİN rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər