Fransa müxalifətinin lideri qəzaya düşüb
sizinxeber.az xəbər saytı

Fransa müxalifətinin lideri qəzaya düşüb


Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və prezidentliyə keçmiş namizəd Marin Le Pen Mayotta adasına gedərkən qəzaya düşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə məlumat yayan BFMTV-də hadisənin bu gün səhər saatlarında baş verdiyi qeyd olunub.

Onun hərəkət etdiyi barja qarşıdan gələn digər analoji su nəqliyyatı vasitəsilə toqquşub. Nəticədə üç nəfər yüngül yaralansa da Le Pen olaydan xəsarətsiz xilas olub.

M. Le Pen “Şido” qasırğasından sonrakı bərpa işləri ilə tanış olmaq üçün həmin əraziyə səfər etmək istəyib.

Oxşar xəbərlər

KİV: Le Pen Mayottada qəzaya uğrayıb
Fransalı siyasətçi Marin Le Pen azadlıqdan məhrum edilə bilər
Sen Martin adasının parlament üzvü: Fransa və Niderlandın müstəmləkəçiliyindən xilas olmaq bizim xalqların ən müstəsna hüququdur
Le Pen Fransa prezidentinin siyasətini tənqid edib
Beyləqanda iki maşın toqquşub, ata və azyaşlı oğlu ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər