Almaniyada yük maşını aşıb, 20 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Almaniyada yük maşını aşıb, 20 nəfər yaralanıb


Almaniyanın Hamburq şəhəri yaxınlığında baş verən zəncirvarı qəzada 20 nəfərə yaxın şəxs xəsarət alıb.

Sizinxeber.az-nın “Bild” nəşrinə istinadən xəbərinə görə, ilkin ehtimala əsasən hadisə yük avtomobilinin təkərlərindən birində yaranan nasazlıq səbəbindən baş verib.

Nəticədə nəqliyyat vasitəsi idarəetməni itirərək çevrilib, bundan sonra isə bir neçə maşınla toqquşub.

Qəzada xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisə zamanı avtomobildəki yük ətrafa dağılıb və magistral yolda tıxac yaranıb. Hazırda mütəxəssislər alternativ yoldan hərəkətə icazə verilməsi imkanlarını araşdırır.

Oxşar xəbərlər

Tərtərdə üç avtomobil toqquşub, xəsarət alanlar var
Lənkəranda zəncirvari qəza olub - FOTO
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
Bakıda 4 avtomobil toqquşub, sürücü xəsarət alıb - FOTO
Almaniyada qaçqınlar üçün sığınacaqda yanğın olub, ölən və xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər