KİV: Yunanıstan Ukraynaya “RIM-7 Sea Sparrow” raketi göndərmək niyyətindədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
dek
2024
04:50
0
0
1 220
ff aaaaaaa

KİV: Yunanıstan Ukraynaya “RIM-7 Sea Sparrow” raketi göndərmək niyyətindədir

29 dek, 2024
04:50
1 220

KİV: Yunanıstan Ukraynaya “RIM-7 Sea Sparrow” raketi göndərmək niyyətindədir

Yunanıstan hökuməti Ukraynaya 24 ədəd “RIM-7 Sea Sparrow” zenit raketini verməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Pronews” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukraynaya 24 ədəd “RİM-7 Sea Sparrow” raketinin çatdırılması planlaşdırılır.

Portal qeyd edir ki, bu raketlər təxminən 40 ildir istifadə olunur və Ukraynaya veriləcək raketlər Yunanıstan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hesabına təmin olunacaq.

Qeyd edək ki, “RIM-7 Sea Sparrow” ABŞ-nin gəmi-hava tipli idarəolunan raketidir və yarı aktiv radar başlığına malikdir. Raketlər 1960-cı illərin əvvəllərində “AIM-7 Sparrow” hava-hava raketinin əsasında hazırlanmış və 1976-cı ildə xidmətə başlamışdır.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul