Avropa İnvestisiya Bankı Ukraynaya 55 milyon avro ayırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
dek
2024
19:50
0
0
1 588
ff aaaaaaa

Avropa İnvestisiya Bankı Ukraynaya 55 milyon avro ayırıb

27 dek, 2024
19:50
1 588

Avropa İnvestisiya Bankı Ukraynaya 55 milyon avro ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 55 milyon avro ayırıb.

APA xəbər verir, bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın Bərpası Proqramı çərçivəsində 2025-ci ildə və ondan sonrakı illərdə xəstəxanaların, sosial mənzillərin, təhsil müəssisələrinin, istilik, su və tullantı sistemlərinin və digər mühüm sosial infrastrukturların yenidən qurulması üçün 55 milyon avro vəsait ayırıb.

Qeyd edilib ki, bu maliyyə vəsaiti AİB-nin Ukrayna Bərpa Paketi çərçivəsində Avropa Komissiyası ilə yaxın əməkdaşlıqda hazırlanan Ukraynaya dəstək paketinin bir hissəsidir və Avropa İttifaqının Ukraynanın bərpasına dayanıqlı dəstəyini vurğulayır.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul