Gürcüstan Baş naziri: Zurabaşvilinin Prezident iqamətgahından çıxmamaq cəhdi həbs cəzası ilə nəticələnə bilər
Salome Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur", - Kobaxidze deyib.
Oxşar xəbərlər
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil
Kobaxidze: Zurabişvilini radikal müxalifətin lideri etmək cəhdi iflasa uğrayacaq
Kobaxidze: Zurabişvilini radikal müxalifətin lideri etmək cəhdi fiaskoya uğrayacaq
AP sədri Roberta Metzola Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefonla danışıb
Gürcüstan Baş naziri Salome Zurabişvilini hədələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












