Almaniya Gürcüstan hökuməti ilə əməkdaşlığı dayandırıb
Almaniya Gürcüstanda gedən proseslərə cavab olaraq dəyəri 200 milyon avrodan çox olan layihələri, həmçinin Gürcüstan hökuməti ilə əməkdaşlığı dayandırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun nazirliyin saytında dərc edilmiş bəyanatında belə qeyd olunub.
Nazir qeyd edib ki, Gürcüstan əhalisinin əksəriyyəti ölkənin Avropa yolu ilə davam etməsini istəyir və etirazlar da bunu göstərir.
Berbokun sözlərinə görə, indi “top “Gürcü Arzusu”nun meydançasındadır” və hakim partiya rəsmiləri siyasi böhrana son qoymaq üçün hər şeyi etmək öhdəlik daşıyırlar.
“2023-cü ilin dekabrında Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi aydın islahatlar vədləri ilə bağlı idi. Bu, “Gürcü arzusu”nun məsul şəxslərinə həmişə aydın olub. Lakin irəliləyiş əvəzinə, biz narahatlıq verici geriləmələr - beynəlxalq müşahidəçilər tərəfindən kəskin tənqid edilən seçkilər, nümayişçilərə qarşı qeyri-mütənasib zorakılıq, “şəffaflıq qanunu” və ya LGBTQI hüquqlarının məhdudlaşdırılmasını görürük. “Gürcü arzusu” bununla Avropa İttifaqının ölkəyə təqdim etdiyi tarixi fürsəti israf edir”, - bəyanatda qeyd edilib.
Oxşar xəbərlər
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












