Tbilisidə etiraz aksiyası başa çatıb  - FOTO  - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tbilisidə etiraz aksiyası başa çatıb - FOTO - VİDEO - YENİLƏNİB


Gürcüstanda parlament binası qarşısında etiraz aksiyası başa çatıb.

Bu haqda APA-nın Tbilisidəki müxbiri məlumat verib.

Məlumata görə aksiya iştirakçıları artıq parlament binasının qarşısındakı ərazini boşaldaraq dağılışırlar.

Polis aksiyanı dağıtmaq üçün heç bir addım atmayıb.

***

21:00

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Rustaveli prospekini bağlayan etirazçılar hakim “Gürcü Arzusu” partiyası əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Bəzi aksiya iştirakçıları binanın töhlükəsizkiyi üçün quraşdırılmış dəmir hasarları döyəcləyirlər. Polis Prezident Salome Zurabişvilinin çıxışı üçün nəzərdə tutulan səhnə avadanlığının Rustaveli prospektinə gətirilməsinə icazə vermir.

Salome Zurabişvili bir qədər əvvəl Orbeliani meydanında Yeni il qəsəbəsində quraşdırılmış səhnədən aksiya iştirakçılarına müraciət edərək saat 21:00-da çıxış edəcəyini bildirib.

Oxşar xəbərlər

Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyası bərpa edilib, bir polis yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər