Tbilisidə polis Salome Zurabişvilinin çıxışı üçün quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
dek
2024
19:50
0
0
1 486
ff aaaaaaa

Tbilisidə polis Salome Zurabişvilinin çıxışı üçün quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib

22 dek, 2024
19:50
1 486

Tbilisidə polis Salome Zurabişvilinin çıxışı üçün quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib

Tbilisidə polis Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışı üçün parlamentin qarşısında quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Bildirilib ki, polis paytaxtın Qəhrəmanlar Meydanında avtomobilin sürücüsünü saxlayıb, mobil telefonunu müsadirə edib və avtomobildə axtarış aparıb. Avadanlıqların olduğu maşının dayanacağa yerləşdirildiyi, sürücünün isə sərbəst buraxıldığı bildirilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədə hadisəyə münasibət bildirib.

“Bu gün Oruel bizə baxdı və təəccübləndi, hətta o belə səhnənin həbs edilməsini ağlına gətirməmişdi”, - Zurabişvili qeyd edib.

Qeyd edək ki, bu gün saat 21:00-da Salome Zurabişvilinin çıxışı gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul