Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.
APA xəbər verir ki, bu haqda “Welt” qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.
Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.
Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.
Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.
***
23:19
Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.
APA xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.
Sürücülərdən birinin saxlanıldığı bildirilir.
Oxşar xəbərlər
Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada iki avtomobil insan izdihamının üzərinə sürülüb, 11 nəfər ölüb, 60 nəfər yaralanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə ağac avtomobilin üzərinə aşıb, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə avtomobilin üzərinə aşan ağac götürülüb, yolda hərəkət bərpa edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada Milad gecəsi terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












