Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib - YENİLƏNİB
Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Kobaxidze Avropa Şurasının Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib.
“Biz qanunvericilik, o cümlədən “Şəffaflıq haqqında” qanunla bağlı müzakirələr apardıq. Biz müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz müzakirəyə açıq olduğumuzu qanunun qəbulu prosesində, hətta qəbul etdikdən sonra da bildirmişik. Bir daha deyirik ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, əlbəttə ki, biz bu məsələləri müzakirə etməyə, o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, - Kobaxidze bildirib.
***
13:46
Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.
“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.
Oxşar xəbərlər
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq Gürcüstanın xarici agentlərlə bağlı qanun layihəsinə yenidən baxmaq niyyətini tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda "Xarici agentlər" qanunu bu gündən qüvvəyə minib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Şurasının Baş katibi: Gürcüstan hökuməti "Xarici təsir" qanununun məzmununu dəyişdirəcəyini vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












