Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələyib
sizinxeber.az xəbər saytı

Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələyib


Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər.

APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Kaja Kallas deyib ki, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib: “Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”.

Qeyd edək ki, Avropa İttifaqı yalnız bütün üzvlərinin razılığı ilə hər hansı ölkəyə qarçı sanksiya tətbiq edə bilər. Ancaq bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın Gürcüstan hakimiyyətinə dəstəyini açıqlaması fonunda Avropa İttifaqının belə sanksiyanın tətbiqi barədə qərar verməsi ehtimalı çox azdır.

Oxşar xəbərlər

Kaja Kallas Avropa qoşunlarının Ukraynaya göndərilməsini hansı halda mümkün saydığını açıqlayıb
Avropa İttifaqı Şurasının yeni Prezidenti və Ali Nümayəndəsi Kiyevə səfər edib
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Avropa İttifaqı Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər