Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi fəaliyyətini dayandırıb
Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi güclü qar səbəbilə fəaliyyətini dayandırıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətə görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Hazırda buraxılış məntəqəsi vasitəsilə malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməsi mümkün deyil. Məntəqənin hava şəraiti yaxşılaşdıqdan sonra fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
Oxşar xəbərlər
Gürcüstan-Rusiya sərhədi bağlanacaq
Ermənistandan 850-yə yaxın maşın Rusiya-Gürcüstan sərhədində qalıb
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsi sabah 10:00-a qədər bağlı olacaq
Finlandiya Rusiya ilə sərhəddəki iki nəzarət-buraxılış məntəqəsini bağlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











