

ÜST: İnsan sağlamlığını təhdid edən xəstəliklər üçün yeni peyvəndlərə ehtiyac var
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında insan sağlamlığını ciddi təhdid edən 17 endemik patogen üçün təcili olaraq yeni peyvəndlərin hazırlanmasına ehtiyac olduğunu açıqlayıb. Bu çağırış, müvafiq araşdırmanın “eBioMedicine” jurnalında yayımlanmasından sonra geniş ictimaiyyətə çatdırılıb.
APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, ÜST-nin verdiyi açıqlamaya əsasən, endemik patogenlər hər il milyonlarla insanda xəstəliyə səbəb olur. Bu patogenlərin təyin edilməsi və onların qarşısının alınması üçün effektiv peyvəndlərin hazırlanması həyati əhəmiyyət daşıyır. Xüsusilə, adıçəkilən 17 patogen arasında “A Qrupu Streptococcus”, “Klebsiella pneumonia”, “HİV-1” və “Hepatit C” kimi ciddi xəstəlik törədiciləri də var. Bunların hər biri müxtəlif xəstəliklərə səbəb olmaqla yanaşı, həm də dünyada geniş yayılıb və hər il çoxsaylı xəstəlik və ölüm hallarına yol açır.
Bildirilib ki, ÜST-nin əsas məqsədi bu endemik patogenləri prioritetləşdirmək, onların insanların sağlamlığına və cəmiyyətlərə vurduğu zərərləri azaltmaqdır. ÜST rəsmisi Mateuş Hasso-Agopsoviç, araşdırmanı endemik patogenlərin regional və qlobal sağlamlığa təsirini müəyyən etmək üçün “ilk qlobal səy” kimi qiymətləndirib. O, həmçinin vurğulayıb ki, nəticələr dünyada artıq mövcud olan vaksin ehtiyaclarını bir daha təsdiqləyir və bu istiqamətdə addımların atılmasını zəruri edir.
Araşdırmada, həmçinin diqqətə çatdırılıb ki, qlobal sağlamlıq təhdidləri arasında qrip, norovirus və malyariya kimi infeksiyalar da yer alır. Bu xəstəliklərin nəzarət altına alınması üçün yeni vaksinlərin hazırlanması və tətbiqi son dərəcə vacibdir. Həmçinin “Klebsiella pneumonia” və “Hepatit C” kimi patogenlər də dünya miqyasında geniş yayılıb və bu patogenlərə qarşı peyvəndlərin hazırlanması, infeksiyaların qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.
ÜST, patogenlərə qarşı effektiv vaksinlər hazırlamaq üçün beynəlxalq səviyyədə əməkdaşlıq və maliyyələşdirmənin vacibliyini vurğulayıb. Bu prosesdə dünya dövlətlərinin və səhiyyə təşkilatlarının birgə fəaliyyət göstərməsi tələb olunur.
Oxşar xəbərlər
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
ÜST Afrikada epidemiya ilə mübarizə üçün peyvənd təsdiqləyib
Afrikada meymun çiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
“Naxçıvanpoçt”a yeni direktor təyin edilib
BMT Gürcüstanı “xarici agentlər haqqında” qanunu qəbul etməməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
