Almaniya Ukraynaya yardım üçün əlavə 200 milyon avro ayıracaq
Almaniya qışdan əvvəl Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı deyib.
Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə, xüsusən də yorğan və ya şaxtadan qorunmaq üçün isti qış paltarları ilə təchiz olunsunlar.
Nazir həmçinin Ukraynanın enerji infrastrukturunun demək olar ki, üçdə ikisinin məhv olduğunu iddia edib.
Qeyd edək ki, bazar ertəsi Berbok Kiyevə elan olunmamış səfərlə gəlib. Orada o, ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparıb.
Bu, 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra Almaniya XİN rəhbərinin Ukraynaya səkkizinci səfəridir.
O, sonuncu dəfə Kiyevə 2024-cü ilin mayında səfər edib.
Oxşar xəbərlər
Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq
Almaniya XİN başçısı: Ukrayna qışda 100 milyon avro əlavə yardım alacaq
Almaniya bu qış Ukraynaya əlavə 100 milyon avro ayıracaq
Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb
İrlandiya Ukraynaya 128 milyon avro hərbi yardım edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













