26
okt
2024
10:50
yuxarı
Serbiyalı nazir Avropanı qeyri-ənənəvi dəyərləri təlqin etməkdə günahlandırıb
Serbiyalı nazir Avropanı qeyri-ənənəvi dəyərləri təlqin etməkdə günahlandırıb
“Serbiya Avropanın təlqin etdiyi qeyri-ənənəvi dəyərlərdən yorulub”.
Sizinxeber.az xəbər verir ki, bunu Serbiyanın innovasiya və texnoloji inkişaf naziri Nenad Popoviç RİA “Novosti”yə müsahibəsində bildirib.
O əlavə edib ki, ölkəsində Avrointeqrasiya tərəfdarlarının sayı azalmaqdadır:
"Bir zamanlar hər kəs onlara inanırdı, indi isə bu inam tükənib. Daha bir məsələ isə ondan ibarətdir ki, Avropa Serbiya xalqının genetikası ilə uzlaşmayan dəyərləri təlqin etməyə çalışır. Onlar hətta uşaqların belə qeyri-ənənəvi üsullarla dünyaya gəlməsinin tərəfdarıdır. Nəyə görə bu dəyərlər insanlara təlqin edilir? Biz serblər bunun əleyhinəyik”.