Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib
sizinxeber.az xəbər saytı

Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib


Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb.

Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub.

V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib.

Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır.

A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı.

Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.

Oxşar xəbərlər

İrlandiyanın Baş naziri Ukraynada rəsmi səfərdədir
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Zelenski: Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır
Putin: Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən varianta hazırıq
Vladimir Putin rəsmi səfər çərçivəsində Azərbaycana yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər