Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
okt
2024
00:50

Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib

17 okt, 2024
00:50
788

Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib

Rumıniya hökuməti F-16 qırıcılarını idarə etmək məqsədilə ukraynalı pilotların təlimi üçün hüquqi prosedurları və şərtləri müəyyən edən təcili qətnamə qəbul edib.

APA xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin məlumat verib.

"Rumıniya hökuməti F-16 təyyarələrini idarə edəcək ukraynalı personalın təlimi üçün qanuni prosedurları və şərtləri təsdiqləyib", - deyə o bildirib.

Məlumatda həmçinin təlimin Feteşti şəhərindəki 86-cı aviabazada keçiriləcəyi də qeyd olunub.

Bizimlə əlaqə saxlayın