KİV: Xaricdəki ukraynalılardan ibarət hərbi birləşmələr yaradılır
sizinxeber.az xəbər saytı

KİV: Xaricdəki ukraynalılardan ibarət hərbi birləşmələr yaradılır


Ukrayna hökuməti xaricdə yaşayan ölkə vətəndaşlarından ibarət bir neçə hərbi birləşmə yaratmaq planını nəzərdən keçirir.

Sizinxeber.az-nın “Ukrainian Military Pages” portalına istinadən xəbərinə görə, bu barədə Baş Qərargaha prezident Vladimir Zelenski göstəriş verib.

İlkin mərhələdə hər biri 160 nəfərdən ibarət iki briqadanın formalaşdırılması nəzərdə tutulub. Sözügedən hərbi birləşmələr mərkəzləşdirilmiş qaydada idarə olunacaq.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Ordusunun Baş Qərargahı yaradılacaq yeni hərbi birləşmələrin ərazilərdəki səfərbərlik mərkəzlərinə cəlb olunmadan birbaşa cəbhəyə göndərilməsi barədə qərar verib.

Bu arada, ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko iyulun 17-dək olan məlumata əsasən ölkə xaricində 83,5 min nəfər hərbi vəzifəlinin olduğunu açıqlayıb.

Oxşar xəbərlər

Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi ölüb, 100-dən çoxu yaralanıb
Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Zelenski: Ukrayna raket və PUA istehsalını artıracaq
Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər