04
iy
2026
19:00
yuxarı
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
İstanbuldan Mineralnıye Vodıya uçan təyyarə Qara dəniz üzərində qəza siqnalı verib.
APA yerli mediaya istinadən xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus A46074 reysi bortda yarandığı ehtimal olunan texniki nasazlıq səbəbindən İstanbula geri dönmək qərarı verib.
Bildirilib ki, “Sukhoi Superjet” tipli təyyarə 103 sərnişin daşımaq imkanına malikdir.
Təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.
Bizimlə əlaqə saxlayın
×
×
