Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyanın istefa verən Baş naziri Kir Starmer 2028-ci ildə NATO-nun baş katibi olmaq üçün namizəd ola bilər.
Bu barədə “Observer” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Onun 2028-ci ildə boş qalan NATO Baş katibi vəzifəsi ilə maraqlandığı barədə məlumatlar var", - qəzet yazır.
Qeyd olunur ki, buna nail olmaq üçün baş nazir vəzifəsindən ayrıldıqdan sonra İcmalar Palatasında Leyborist millət vəkili olaraq qalmalı olacaq.
Həmçinin, alyansa rəhbərlik etmək üçün Londonun dəstəyinə ehtiyac duyacağı üçün ehtimal olunan varisi Endi Börnhemlə yaxşı münasibətini qoruyub saxlamalıdır.
Qeyd edək ki, Starmer iyunun 22-də hakim Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayaraq yeni lider seçilənə qədər Baş nazir olaraq qalacağını bildirib.
NATO-ya hazırda Hollandiyanın sabiq Baş naziri Mark Rutte rəhbərlik edir. O, 2024-cü ildə dörd illik müddətə alyansın baş katibi vəzifəsinə seçilib.
