Fransada 2 milyon avroluq avtomobil oğurlayan dəstə saxlanılıb
sizinxeber.az xəbər saytı

Fransada 2 milyon avroluq avtomobil oğurlayan dəstə saxlanılıb


Fransada Parisdə yerləşən mühafizə olunan dayanacaqdan onlarla bahalı avtomobil oğurlayan dəstənin üzvləri saxlanılıb.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Paris prokurorluğundakı mənbənin sözlərinə görə, oğurlanan 27 avtomobildən 21-i tapılıb. Onların arasında "Porsche", "Ferrari" və "Maserati" markalı avtomobillər də var.

Aşkarlanan avtomobillərin ümumi dəyərinin təxminən 2 milyon avro olduğu bildirilir. Bəzi maşınların zədələndiyi və ya qismən yandırıldığı qeyd olunub.

İstintaqın məlumatına görə, mayın 16-dan 17-nə keçən gecə baş verən oğurluqda təxminən 50 nəfər iştirak edib.

Şübhəlilər dayanacağın giriş qapısını sındıraraq içəri daxil olub, daha sonra avtomobillərin açarlarını və sənədlərini ələ keçiriblər.

Oxşar xəbərlər

Fransada 2 milyon avroluq avtomobilləri oğurlayan dəstə üzvləri saxlanılıb
Fransada güclü dolu 330 milyon avrodan çox maddi ziyana səbəb olub
Türkiyədə cinayətkar dəstəsinə qarşı əməliyyat keçirilib, 23 nəfər saxlanılıb
Fransada Yeni il gecəsi 984 avtomobil yandırılıb
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər