Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
apr
2026
10:50
ff aaaaaaa

Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır

21 apr, 2026
10:50
984

Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır

Rusiya ordusu bu gecə Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Hücum nəticəsində yaşayış məhəllələri və xəstəxana zərər görüb, üçü uşaq olmaqla, 15 nəfər yaralanıb.

“Yaralananlar arasında 13, 15 və 17 yaşlı üç qız uşağı da var. Onların hamısı xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir”, - məlumatda deyilir.

Qriqorovun sözlərinə görə, digər yaralılar əsasən yaşlı insanlardır, onların hamısı tibbi yardım alır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul