21
apr
2026
07:50
yuxarı
Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib
Zelenski Uitkoff və Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin mümkün Kiyev səfərinə münasibət bildirib.
Sizinxeber.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yazıb.
O qeyd edib ki, bu səfər Ukrayna üçün deyil, daha çox ABŞ üçün vacibdir.
Zelenski əlavə edib ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur və bundan sensasiya yaratmaq doğru deyil.
