Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2026
22:50
ff aaaaaaa

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib

20 apr, 2026
22:50
993

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib

Macarıstanda hakimiyyətə gələn “Tisa” partiyasının lideri Peter Madyar əvvəlki hökumət dövründə vəzifəyə təyin olunmuş dövlət qurumlarının rəhbərlərinə istefa üçün son tarix müəyyən edib.

APA xəbər verir ki, Madyar bu barədə mətbuat konfransında danışıb.

O bildirib ki, bu şəxslər 31 may tarixinədək könüllü şəkildə vəzifələrini tərk etməlidirlər.

Madyar qeyd edib ki, həmin kadrlar Viktor Orbanın siyasi komandasıdır və onların vəzifədə qalması üçün mənəvi əsas yoxdur.

O əlavə edib ki, əgər bu tarixədək istefa verilməzsə, yeni hökumət qanuni mexanizmlərdən istifadə edərək onları vəzifədən uzaqlaşdıracaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul