Rusiyanın Kiyevə zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
09:00
ff aaaaaaa

Rusiyanın Kiyevə zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

16 apr, 2026
09:00
986

Rusiyanın Kiyevə zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Rusiya ordusunun Kiyev hava hücumu nəticəsində dörd tibb işçisi yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə paytaxta endirilən zərbələr nəticəsində bir uşaq daxil olmaqla beş nəfər ölüb, 21 nəfər yaralanıb.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Podolsk rayonunda qeyri-yaşayış binasına zərbə endirilib. Bir neçə yerdə dağıntılar qeydə alınıb. Bir yaşayış binasında yanğın baş verib. Başqa bir çoxmərtəbəli binada pəncərələr zədələnib. Dağıntılar həmçinin üçmərtəbəli mini-oteli qismən dağıdıb və bitişik binalara ziyan vurub.

***

06:21

Rusiya ordusu Ukraynanın Kiyev və Dnepr şəhərlərini raket atəşinə tutub.

Sizinxeber.az xəbər verir ki, Ukrayna şəhərlərinin atəşə tutulması nəticəsində Kiyevdə 12 yaşlı uşaq və bir qadın olmaqla iki nəfər ölüb, bir uşaq da daxil olmaqla 18 nəfər yaralanıb, Dneprdə isə bir nəfər ölüb, on nəfər yaralanıb.

Hər iki şəhərdə yaşayış binaları, qarajlar və avtomobillər zərər görüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul