Boçorişvili: Aİ üçün Cənubi Qafqaz ölkələri ilə münasibətlər tamamilə fərqli əhəmiyyət qazanır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
23:50
0
0
1 983
ff aaaaaaa

Boçorişvili: Aİ üçün Cənubi Qafqaz ölkələri ilə münasibətlər tamamilə fərqli əhəmiyyət qazanır

15 apr, 2026
23:50
1 983

Boçorişvili: Aİ üçün Cənubi Qafqaz ölkələri ilə münasibətlər tamamilə fərqli əhəmiyyət qazanır

Cənubi Qafqaz Avropa İttifaqının təhlükəsizliyi və rifahı üçün həyati əhəmiyyət kəsb edən bir bölgədir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu kontekstdə Aİ üçün Gürcüstan, Ermənistan və Azərbaycanla münasibətlər tamamilə fərqli əhəmiyyət qazanır.

Nazir qeyd edib ki, bu vaxta qədər Aİ-nin Cənubi Qafqaz ölkələri ilə münasibətləri və siyasəti başqa perspektivdən həyata keçirilirdisə, bu gün artıq aydındır ki, bu region Aİ üçün mühüm əhəmiyyət daşıyır.

"Ümid edirəm ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə bağlı münasibətlərdə istifadə edəcəyi yanaşmalar daha realistik olacaq", - Boçorişvili əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul