Aİ-nin Ermənistanda ikinci missiyası olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
13:50
0
0
1 191
ff aaaaaaa

Aİ-nin Ermənistanda ikinci missiyası olacaq

15 apr, 2026
13:50
1 191

Aİ-nin Ermənistanda ikinci missiyası olacaq

Avropa İttifaqının Ermənistanda ikinci missiyası olacaq.

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Brüsseldə Ermənistana mülki missiya göndərilməsi barədə qərarı təsdiqləyiblər. Bildirilib ki, bu addım qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə yekun təsdiqinə yol açır.

“Azadlıq Radiosu”nun əldə etdiyi sənədə əsasən, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin təqdim etdiyi təklif missiyanın mandatını, strukturunu və müddətini müəyyən edir. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməyə yönələcək və nazirliklərə, eləcə də təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər, həmçinin dəstək verəcək. Bu məsləhətlər informasiya manipulyasiyalarının qarşısının alınması, kiberhücumların aşkarlanması və cavab verilməsi, eləcə də qanunsuz maliyyə axınlarının müəyyən edilməsi kimi sahələri əhatə edəcək.

Eyni zamanda, missiya Ermənistanın Aİ standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv aşkar edib cavab verə bilməsi üçün ölkənin təhlükəsizlik potensialının inkişafı üçün nə qədər resurs və qabiliyyətə ehtiyac olduğunu qiymətləndirəcək.

Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlibhəmin missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində patrul aparır, onun 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul