Norveç Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
05:50
0
0
1 078
ff aaaaaaa

Norveç Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib

15 apr, 2026
05:50
1 078

Norveç Ukrayna ilə müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Ukrayna Norveçin xarici siyasətində əsas prioritet olaraq qalır.

Styore əlavə edib ki, Oslo Kiyevin müstəqillik uğrunda mübarizəsini və özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir. O qeyd edib ki, Ukrayna Norveç yardımının əsas alıcısıdır.

Baş nazir bunun birtərəfli addım deyil, qarşılıqlı əməkdaşlıq olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul