Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
17:50
ff aaaaaaa

Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq

16 mar, 2026
17:50
828

Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq

Gürcüstan hökuməti ATƏT missiyasının ölkə ilə bağlı "Moskva mexanizmi" çərçivəsində hazırladığı hesabatı qeyri-obyektiv hesab edir.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, hesabat siyasi maraqlar əsasında hazırlanıb, obyektivliyin minimal standartlarına cavab vermir və bu səbəbdən Gürcüstandakı vəziyyəti əks etdirmir.

Kobaxidze Gürcüstan hökumətinin ATƏT-in tövsiyələrini nəzərə almaq niyyətində olmadığını vurğulayıb.

Qeyd edək ki, "Moskva mexanizmi"ni bu ilin yanvarında ATƏT-in 24 üzv ölkəsi aktivləşdirib. Gürcüstanda səfərdə olmuş ekspert missiyasının ötən həftə dərc etdiyi hesabatda 2024-cü ilin yazından Gürcüstanda baş verən hadisələr əksini tapıb, tövsiyə və tələblər yer alıb. Sənədi ATƏT-in 57 üzv ölkəsindən 32-si dəstəkləməyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul