Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
17:00
ff aaaaaaa

Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

16 mar, 2026
17:00
530

Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

Bu bizim müharibəmiz deyil.

“Reuters” xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.

“Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, - nazir qeyd edib.

Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul