Makron və Tokayev Cənubi Qafqazı müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Makron öz sosial media hesabında məlumat paylaşıb.
“Mən indicə Qazaxıstan prezidenti ilə danışdım. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra biz xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığımızı gücləndirməyi müzakirə etdik”, – Fransa Prezidenti bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı beynəlxalq vəziyyət də diqqət mərkəzində olub:
“Biz Rusiyanın Ukraynadakı müharibəsi və Cənubi Qafqazda davam edən danışıqları müzakirə etdik”, – Makron qeyd edib.
Oxşar xəbərlər
Makron və Pezeşkian arasında telefon danışığı olub
Makron və Netanyahu arasında telefon danışığı olub
Tramp Makron və Meloni ilə telefon danışığı aparıb
Merts Makron və Starmerlə Yaxın Şərq üzrə siyasi kursu müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
