Finlandiya Prezidenti: Rusiya ilə münasibətlər müharibədən sonra bərpa olunacaq
Finlandiya Rusiya ilə münasibətləri bərpa etməyə hazırdır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb YLE-yə müsahibəsində bildirib.
Stubb qeyd edib ki, Finlandiya ilə Rusiya arasında münasibətlər Ukraynadakı münaqişə bitdikdən sonra yenidən qurulacaq.
"Həmişə vurğuladığım kimi coğrafiyamızla bağlı heç nə edə bilmərik. Bizim Rusiya ilə tariximiz var və bizim Rusiya ilə gələcəyimiz olacaq. Amma indi əlbəttə ki, münasibətlər çox çətindir. Əslində müharibə səbəbindən heç bir şey yoxdur. Amma nə vaxtsa müharibə bitəndə mütləq yeni münasibətlər qurulacaq", - Stubb deyib.
Rusiya ilə Finlandiya arasında münasibətlər son bir neçə ildə xüsusilə Finlandiyanın 2023-cü ildə NATO-ya daxil olması fonunda pisləşib. Dövlətlər arasında ikitərəfli əməkdaşlıq faktiki olaraq sıfıra endirilib.
Oxşar xəbərlər
Finlandiya Prezidenti: Rusiya ilə sərhədin açılması Moskvadan asılıdır
Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçidir
Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb
Finlandiya Prezidenti: Yəqin ki, Ukrayna Rusiyaya müəyyən ərazi güzəştlərinə getməli olacaq
ABŞ və Finlandiya liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












