Avropadan ABŞ-a bəzi poçt bağlamalarının göndərilməsi müvəqqəti dayandırılacaq
sizinxeber.az xəbər saytı

Avropadan ABŞ-a bəzi poçt bağlamalarının göndərilməsi müvəqqəti dayandırılacaq


Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın milli poçt xidmətləri gələn həftədən etibarən ABŞ-a bağlama göndərişlərini müvəqqəti olaraq dayandıracaqlarını açıqlayıb.

APA xəbər verir ki, bu haqda məlumatı “Politico” dərgisi yayıb.

Məlumata görə, buna səbəb bu ayın sonundan etibarən 800 dollardan az dəyəri olan malların idxalına tətbiq ediləcək yeni tariflərin qüvvəyə minməsidir.

Belə ki, ABŞ Prezidenti Donald Tramp keçən ay imzaladığı sərəncamla, uzun müddətdir qüvvədə olan aşağı dəyərli malların idxalına vergi azadlığını 29 avqustdan etibarən ləğv edib.

Göndərişləri dayandıran poçt xidmətləri Vaşinqtonu yeni qaydalara hazırlaşmaq üçün onlara kifayət qədər vaxt verməməkdə günahlandırıblar.

Qeyd edilib ki, bazar ertəsindən etibarən qüvvəyə minəcək bu məcburi tədbirlər yeni tariflərlə bağlı praktik həll yolları tapılanadək davam edəcək.

Oxşar xəbərlər

Donald Tramp ABŞ-ın yeni rüsumlarını açıqlayıb
Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib
Tramp: ABŞ-nin Meksika və Kanadaya tariflər tətbiq etmək planları dəyişməyib
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər