İtaliya Kiyevə NATO qoşunları olmadan təhlükəsizlik zəmanətləri təklif edib
İtaliya Baş naziri Corcia Meloni Kiyev hakimiyyətinə sülh yolu ilə həll üçün təhlükəsizlik zəmanətləri təqdim edən plan irəli sürüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Məlumata görə, təklifdə Kiyevdə Qərb müttəfiqlərinin qoşunlarının yerləşdirilməsi nəzərdə tutulmayıb.
Agentlik qeyd edir ki, İtaliya Baş nazirinin təklifində Ukraynanın NATO-ya qəbul cəhdlərindən imtina nəzərdə tutulur.
Eyni zamanda, plan çərçivəsində alyans ölkələrinin Kiyev ilə razılaşmalar bağlaya biləcəyi mexanizm təklif edilir.
Təklifə əsasən, Ukraynaya hücum edilərsə, 24 saat ərzində Kiyevə hərbi dəstək göstəriləcək.
Qeyd edilir ki, İtaliyanın planı NATO ölkələri tərəfindən nəzərdən keçirilən bir neçə təklifdən biridir.
Oxşar xəbərlər
İtaliya NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edir
NATO Kiyevə göstərilən yardımı müdafiə xərclərinə daxil edə bilər
KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək
NATO-nun bəzi Baş Qərargah rəisləri Kiyevə təhlükəsizlik zəmanətlərinə dair müzakirələri davam etdirir
NATO ABŞ-dan Kiyevə silah tədarükünün dayandırılması qərarını yenidən nəzərdən keçirməsini istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













