Ukrayna MDB-nin növbəti sazişindən çıxır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
avq
2025
22:50
0
0
1 498
ff aaaaaaa

Ukrayna MDB-nin növbəti sazişindən çıxır

20 avq, 2025
22:50
1 498

Ukrayna MDB-nin növbəti sazişindən çıxır

Ukrayna hakimiyyəti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində növbəti sazişdən çıxmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Rada nümayəndəsi Taras Melniçuk özünün Telegram kanalında məlumat verib.

"Üzv dövlətlər arasında malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı dolayı vergilərin yığılması prinsipləri haqqında Sazişdən çıxmaq barədə qanun layihəsi təsdiqlənib", – deyə Melniçuk qeyd edib.

Xatırladaq ki, saziş 25 noyabr 1998-ci ildə Moskvada imzalanıb və 20 aprel 2000-ci ildə Ukrayna tərəfindən ratifikasiya edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul