sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Merts Ukraynada atəşkəsin zəruri olduğunu bildirib
Növbəti danışıqlar mərhələsindən əvvəl Ukraynda atəşkəsin təmin olunması zəruridir.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ağ Evdə Donald Tramp və Avropa liderləri arasında keçirilən görüşdə deyib.
“Dürüst olmaq lazımdır, hamımız atəşkəsin əldə olunmasını istəyirik. Növbəti görüşün atəşkəs olmadan keçirilməsini təsəvvür edə bilmirəm. Gəlin bunun üzərində işləyək”, - hökümət başçısı vurğulayıb.
Qeyd edək ki, sözügedən görüşün əvvəlində ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, silahlı münaqişələr atəşkəs olmadan da həll edilə bilər.
Oxşar xəbərlər
Tramp: Təcrübə göstərir ki, münaqişələr atəşkəs olmadan da həll edilə bilər
Almaniya kansleri: Putin–Tramp görüşü Ukraynada sülhün bərqərar olunmasına töhfə verə bilər
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Almaniya kansleri Çin liderini Ukraynada atəşkəsə dəstək verməyə çağırıb
Merts Ağ Evdə yeni qalmaqalın yaşanmaması üçün Zelenskiyə məsləhətlər verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













