Rusiya PUA-larla silsilə hücumu nəticəsində SOCAR-ın Odessadakı neft bazası ciddi dağıntılara məruz qalıb - VİDEO - YENİ GÖRÜNTÜLƏR
sizinxeber.az xəbər saytı

Rusiya PUA-larla silsilə hücumu nəticəsində SOCAR-ın Odessadakı neft bazası ciddi dağıntılara məruz qalıb - VİDEO - YENİ GÖRÜNTÜLƏR


Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Sizinxeber.az xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Faktla bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Rusiya SOCAR-ın Odessadakı neft bazasına hücum edib, 4 nəfər yaralanıb
Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - VİDEO
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib - VİDEO
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər