Ukrayna PUA və raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ukrayna PUA və raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB


Rusiya silahlı qüvvələrinin səhər saatlarında Xarkovda hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində həlak olanların və uşaqlar da daxil olmaqla çoxlu sayda xəsarət alanların olduğu bildirilir.

APA xəbər verir ki, Xarkov meri İqor Terexovun hücumlar nəticəsində üç nəfərin həlak olduğunu bildirib.

Bundan başqa altısı uşaq olmaqla 17 nəfərin də yaralandığı bildirilir.

Xatırladaq ki, gecə saatlarında Xarkovda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir 13 yaşlı qız da daxil olmaqla 11 nəfər xəsarət alıb.

***

07:16

Rusiya ordusu avqustun 17-də Ukrayna ərazisini pilotsuz təyyarələr və raketlərdən atəşə tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin öz “Telegram” kanalında məlumat verilib.

Gecə boyu PUA və raket hücumları nəticəsində təkcə Xarkovda xəsarət alanların sayı 11 nəfərə çatıb. Məlumata görə partlayışlar nəticəsində 10-dan çox hündürmərtəbəli yaşayış binası və 5 avtomobil zərərə görüb.

Bundan başqa Sumı, Dnepropetrovsk, Çerniqov vilayətləri, Odessa şəhəri PUA və raket hücumlarına məruz qalıb.

Oxşar xəbərlər

Ukrayna PUA və raket hücumuna məruz qalıb, itkilər var
Ukrayna kütləvi raket hücumuna məruz qalıb, 9 ölü, 63 yaralı - YENİLƏNİB 2
Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb - YENİLƏNİB-2
Ukrayna kütləvi raket və PUA hücumuna məruz qalıb, 10-dan çox ölü, 30-dan çox yaralı var - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər