İspaniyada davam edən böyük meşə yanğınlarının sayı 20-yə çatıb
Son illərin ən dəhşətli meşə yanğını fəlakəti ilə mübarizə aparan İspaniyada böyük meşə yanğınlarının sayı 20-yə çatıb.
Sizinxeber.az xəbər verir ki, meşə yanğınlarından ən çox zərər çəkən ölkələrdən biri olan İspaniyada 20 böyük meşə yanğınını nəzarət altına almaq üçün mübarizə davam edir.
Hökumət meşə yanğınları ilə mübarizəni dəstəkləmək üçün əlavə 500 əsgər göndərib. Bununla da meşə yanğınları ilə mübarizəyə göndərilən əsgərlərin sayı ölkə üzrə təxminən 1900-ə çatıb.
Atlantik okeanı sahili bölgəsində bir neçə kiçik yanğının birləşəsi ilə başlayan kütləvi yanğın səbəbindən avtomobil yolları və dəmir yolları bağlanıb.
Qalisiya ilə yanaşı, Kastiliya, Leon, Ekstremadur və Asturiya bölgələri də meşə yanğınlarından ən çox zərər çəkənlər arasındadır.
İspaniyada təkcə keçən həftə meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 115 min hektardan çox ərazi yanıb.
Qeyd edək ki, İspaniyanın qonşusu Portuqaliya da ölkənin mərkəzi və şimal hissələrində səkkiz böyük yanğınla mübarizə aparır.
Oxşar xəbərlər
Rusiyada 7 689 ha meşə yanır
İspaniyada meşə yanğınları 7 nəfərin həyatına son qoyub
Kaliforniyada meşə yanğınları qurbanlarına 1,25 mln. dollar faizsiz kredit təklif edilib
İspaniyada meşə yanğınları səbəbindən 6 minə yaxın insan təxliyə edilib
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
