Makron: Rusiyanın təklif etdiyi sülh, əslində, Ukraynanın kapitulyasiyasıdır
sizinxeber.az xəbər saytı

Makron: Rusiyanın təklif etdiyi sülh, əslində, Ukraynanın kapitulyasiyasıdır


Sabah Ağ Evdə keçiriləcək görüşdə Avropa liderləri, o cümlədən Volodimir Zelenski ABŞ prezidentindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı məlumat alacaqlar.

Sizinxeber.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O qeyd edib ki, Rusiyanın təklif etdiyi sülh, əslində, Ukraynanın kapitulyasiyasıdır.

Putinin sülh istəmədiyini deyən Makron uzunmüddətli sülhün bağlanması üçün Ukraynaya güclü ordu lazım olduğunu vurğulayıb.

Rusiyanın güzəştlə bağlı israrlı olduğu ərazilər barədə danışan Fransa prezidenti onu da vurğulayıb ki, danışıqlar zamanı ərazi məsələsini müzakirə etmək hüququ yalnız Ukrayna hökumətinə məxsusdur.

“Sabah Vaşinqtonda keçiriləcək danışıqlardan əvvəl vəziyyət təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün son dərəcə ciddidir”, - Makron əlavə edib.

Oxşar xəbərlər

Makron: Ukrayna probleminin tez və asan həlli yoxdur
Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq
Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər
Fransa Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Fransa müdafiə və ordu büdcəsini ikiqat artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər