Türkiyədə meşə yanğınları davam edir, 5 kəndin sakinləri köçürülüb
sizinxeber.az xəbər saytı

Türkiyədə meşə yanğınları davam edir, 5 kəndin sakinləri köçürülüb


Türkiyənin Çanaqqala bölgəsində Gelibolu rayonunda meşəlik ərazidə başlayan yanğına havadan və qurudan müdaxilə edilir.

Sizinxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, Gelibolunun Tayfur və Cumalı kəndləri arasında yerləşən meşəlik sahədə dünəndən başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik ərazilərə yayılan yanğının söndürülməsi işləri davam etdirilir.

Çanaqqala valisi Ömər Toraman sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Tayfur yanğınında ehtiyat tədbiri olaraq 5 kənddən 251 nəfər sakin təhlükəsiz ərazilərə köçürülüb, onlardan 112 nəfəri isə Eceabat Gənclik Qonaqevində yerləşdirilib.

Vali Toraman əlavə edib ki, başda meşə təsərrüfatı əməkdaşları olmaqla bütün qurumlar və komandalar yanğına qarşı mübarizəni davam etdirirlər. Onun sözlərinə görə, hazırda yanğın təxliyə olunan yaşayış məntəqələrinə sirayət etməyib.

Oxşar xəbərlər

Türkiyədə meşə yanır, iki kənd təxliyə olunub
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - YENİLƏNİB
Türkiyədə meşə yanğınlarına qarşı yenidən hava yolu ilə mübarizə başlayıb - YENİLƏNİB
Türkiyənin İzmir bölgəsində meşə yanğını baş verib
Balıkesirdə meşəlik sahədə yanğın başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər