Britaniyada “Fələstin Fəaliyyəti”nə dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq
sizinxeber.az xəbər saytı

Britaniyada “Fələstin Fəaliyyəti”nə dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq


Britaniyada hakimiyyətin qadağan olunmuş terror təşkilatları siyahısına əlavə etdiyi Fələstin tərəfdarı hərəkata dəstək verən 60-dan çox şəxs mühakimə olunacaq.

Sizinxeber.az xəbər verir ki, bu haqda London polisinin açıqlamasında bildirilir.

“Daha 60 nəfər qadağan olunmuş “Fələstin Fəaliyyəti” (Palestine Action) terror qruplaşmasına dəstək ifadə etdiklərinə görə mühakimə olunacaq”, - polisin açıqlamasında deyilir.

Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanları hərəkata qoyulan qadağa ilə bağlı ilk üç nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlamışdı.

Polis bildirib ki, iyulun 5-də hərəkata qadağa qoyulduqdan sonra ümumilikdə 700-dən çox adam saxlanılıb. Yaxın həftələrdə daha çox cinayət işinin qaldırılacağı gözlənilir.

Oxşar xəbərlər

Londonda 500-ə yaxın “Palestine Action” tərəfdarı saxlanılıb
Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib
Hakan Fidan: Terror ünsürlərinə qarşı mübarizəmizi davam etdirəcəyik
Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar
Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər