Siyarto: Aİ və Ukrayna Macarıstanda hakimiyyəti dəyişmək istəyir
sizinxeber.az xəbər saytı

Siyarto: Aİ və Ukrayna Macarıstanda hakimiyyəti dəyişmək istəyir


Avropa İttifaqı ölkələri eynilə Ukraynanın hazırkı rəhbərliyi kimi, Macarıstanda hökumət dəyişikliyi görmək istəyirlər və bunun üçün ölkədəki siyasi müxalifəti açıq şəkildə dəstəkləyirlər.

APA TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici ticarət əlaqələri naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Macarıstanda Avropanın maraqlarına xidmət edən, Brüsselin hərəkətlərini tənqid etməyən və imperial planlarını dəstəkləyən bir hökumət görməkdə maraqlıdır.

Siyarto Ukraynanın da Aİ ilə bu istiqamətdə birgə hərəkət etdiyini bəyan edib və qeyd edib ki, Ukraynanın xarici siyasətinin əsas hədəflərindən biri də Macarıstanda müxalifət partiyasının 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib etməsidir.

Macarıstan XİN iddia edib ki, Kiyevin məqsədinin Viktor Orbanın bu ölkənin Baş naziri postunda qalmamasını təmin etməkdir.

Siyartonun sözlərinə görə, Kiyevin gözləntisi budur ki, Macarıstanda kukla hakimiyyət mövcud olarsa, dərhal Ukraynanın Aİ-yə üzv kimi qəbul edilməsinə razılıq verəcək və onu hərbi yardımla təchiz edəcək. Orban hakimiyyəti buna imkan vermədiyinə görə, Ukrayna onun vəzifədə qalmasını istəmir.

Oxşar xəbərlər

Peter Siyarto Ukraynanı ittiham edib
Siyarto: Macarıstan dünyada yeni nüvə arsenallarının yaranmasını istəmir
Siyarto: Macarıstan Avropa Komissiyasının Rusiya qazından imtinasını dəstəkləmir
Macarıstan XİN: Aİ-nin bəzi ölkəri Ukrayna üzrə sülh səylərinə mane olur
Siyarto: Macarıstan Türk Dövlətləri ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər