"Avropa üçlüyü" İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduğunu BMT-yə bildirib
sizinxeber.az xəbər saytı

"Avropa üçlüyü" İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduğunu BMT-yə bildirib


"Avropa üçlüyü" (Britaniya, Fransa, Almaniya) İrana qarşı “Snapback” mexanizminin işə saxlamağa hazır olduqlarını BMT-yə bildirib.

Sizinxeber.az AFP-yə istinadən xəbər verir ki, "Avropa üçlüyü" İranla avqustun sonuna qədər razılaşma əldə olunmayacağı təqdirdə, Tehrana qarşı sanksiyalar tətbiq edəcəklərini BMT-yə rəsmi şəkildə bəyan ediblər.

Britaniya, Fransa və Almaniya BMT-yə ünvanlanan məktubda İranın nüvə silahına çatmamağı üçün bütün diplomatik yollardan istifadə etməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, İran daha əvvəl “Snapback” mexanizminin işə düşəcəyi halda buna kəskin reaksiya verəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Oxşar xəbərlər

“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa edə bilər
KİV “Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT-yə müraciət edib
KİV: “Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT-yə müraciət edib
Fransa, Almaniya və Britaniya Rusiyaya ballistik raket tədarükünə görə İrana sanksiyalar tətbiq edəcək
İran XİN rəhbəri: Hazırda Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün bir səbəb yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər